Zonquldaqda hamam otağının divarını deşərək gizli kamera quraşdırıb aşağı mərtəbədə yaşayan qadın və onun üç qızının görüntülərini qeydə alan tikinti işçisi Soner D. həbs edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 42 yaşlı Soner D. qonşusu Ş.Ö.-nün hamam otağının divarında dəlik açaraq “ilan kamera” kimi tanınan gizli müşahidə kamerası yerləşdirib.
Məlumata görə, bir müddət Ş.Ö. və yaşları 31, 28 və 22 olan üç qızının görüntülərini gizli şəkildə çəkən Soner D.-nin kamerasını qızlardan biri aşkar edərək polisə şikayət edib.
Şikayət əsasında polis əməkdaşları şübhəlinin evində axtarış aparıb. Axtarış zamanı Ş.Ö. və qızlarına aid gizli kamera ilə çəkilmiş görüntülər və fotolar aşkarlanaraq götürülüb.
Polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra Soner D. dünən məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, barəsində həbs qətimkan tədbiri seçilərək təcridxanaya yerləşdirilib.