Pentaqon yaxınlığında qəza - Çoxlu yaralı var

23:33 - 24 Aprel 2026

Pentaqon yaxınlığında qəza - Çoxlu yaralı var

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.


Manset.az bu barədə Fox News-a istinadən xəbər verir.

Məlumata görə, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.

Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb.

Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az