ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allendir.
Məlumata görə, həmin şəxs polis nəzarətindədir.
Bildirilir ki, ona qarşı tezliklə ittiham irəli sürüləcək və hakim qarşısına çıxarılıcaq.