Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın məlumatlarına görə, mərkəzi Malatya vilayətinin Battalgazi rayonu olan 3,9 və 4,4 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Malatya şəhərinin Battalgazi rayonunda Türkiyə vaxtı ilə 15:41 və 15:42-də meydana gəlib. Zəlzələnin dərinliyi 16,36 kilometrə olaraq açıqlanıb.