Yunanıstanın paytaxtı Afinada silahlı hücumlar baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtın bir bölgəsində Yunanıstanın sosial təminat müəssisəsinə məxsus bir ofisdə silahlı hücum törədilib. Qısa müddət sonra isə digər bir bölgədə, Afinanın Apellyasiya Məhkəməsində yeni bir hücum baş verib.
Silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb. Hadisənin şübhəlisi olaraq 89 yaşında bir kişinin axtarıldığı bildirilib.