İranın yeni dini lideri Müctəba Xamenei ölkədə qeyd olunan Milli Fars (Bəsrə) Körfəzi Günü münasibətilə yazılı müraciət yayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Müctəba Xamenei bildirib ki: "Hörmüz boğazında yeni bir mərhələ başlanmaq üzrədir və bu bölgə ABŞ-nin iştirakı olmadan parlaq gələcəyə malik olacaq”.
Bəsrə körfəzini qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan və bənzərsiz su yolu kimi xarakterizə edən Xamenei ABŞ və İsrailin hücumlarına işarə edərək qeyd edib: “Bu gün dünyanın zorakı qüvvələrinin bölgədə həyata keçirdiyi ən böyük hərbi hücumdan və Amerikanın planlarının rüsvayçı şəkildə iflasa uğramasından iki ay sonra, Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ başlayır”.
O vurğulayıb ki, bölgə ABŞ və digər xarici qüvvələr olmadan daha parlaq gələcəyə sahib olacaq: “Biz Fars körfəzi və Umman dənizi sularında qonşularımızla eyni taleyi bölüşürük və minlərlə kilometr uzaqdan tamahkarlıqla pis niyyət güdən xaricilərin bu suların dərinliklərindən başqa heç bir yeri yoxdur”.