Nyu-York səmasında uçan taksilər - FOTO

23:39 - 30 Aprel 2026

Nyu-York səmasında uçan taksilər - FOTO

Nyu-Yorkda elektrik mühərrikli hava taksiləri ilə bağlı mühüm addım atılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Joby Aviation Manhetten" ilə "Con F. Kennedi" Beynəlxalq Hava Limanı arasında ilk sınaq uçuşunu həyata keçirib.

Şaquli qalxma və enmə qabiliyyətinə malik (eVTOL) elektrik hava taksisi Nyu-Yorkda iki məntəqə arasında nümayiş uçuşu edib. Dronu xatırladan dizaynı ilə seçilən bu nəqliyyat vasitəsi pilot da daxil olmaqla ümumilikdə beş nəfər daşıya bilir.

Şirkət bildirir ki, hava taksiləri helikopterlərlə müqayisədə daha səssiz işləyir və tam elektrikli quruluşu sayəsində sıfır emissiya yaradır. Layihə çərçivəsində Manhettenin aşağı və mərkəzi hissələrindən Con F. Kennedi Beynəlxalq Hava Limanına çatma müddətinin 10 dəqiqədən az olması planlaşdırılır. Halbuki eyni məsafə avtomobil yolu ilə, nəqliyyat sıxlığından asılı olaraq, 1–2 saat çəkə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az