ABŞ Dövlət Departamenti ABŞ ilə Venesuela arasında sərnişin uçuşlarının təxminən 7 illik fasilədən sonra yenidən bərpa olunduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ilə Venesuela arasında sərnişin uçuşları uzun fasilədən sonra yenidən başlayıb. American Airlines şirkəti Embraer 175 tipli təyyarələrlə Mayami–Karakas marşrutu üzrə gündəlik reyslərə start verdiyini və 21 may tarixindən etibarən ikinci gündəlik reysin əlavə olunmasının planlaşdırıldığını bildirib. Şirkət qeyd edib ki, bu uçuşlar işgüzar səfərləri, turizmi və humanitar məqsədli səyahətləri dəstəkləyəcək.
İlk reys çərçivəsində sərnişin təyyarəsi ABŞ-ın Florida ştatındakı Mayami şəhərindən Venesuelanın paytaxtı Karakasa doğru havaya qalxıb. Hökumət rəsmilərinin və media nümayəndələrinin də yer aldığı təyyarənin gün ərzində Karakasa eniş etməsi gözlənilir.