Trampa sui-qəsd edən şəxslə bağlı qərar verildi

08:30 - 01 May 2026

Trampa sui-qəsd edən şəxslə bağlı qərar verildi

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Koul Tomas Allenin məhkəmə prosesi müddətində həbsdə saxlanılmasına qərar verilib.


Manset.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqtonda keçirilən məhkəmə iclasında Allenin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs işə baxıldığı müddətdə həbsdə qalmağa razılaşıb.

Prokurorluq isə Allenin cəmiyyət üçün təhlükə yaratdığını əsas gətirərək onun həbsdə saxlanılmasında israr edib.

Xatırladaq ki, hadisə ABŞ paytaxtında, “Washington Hilton” hotelində Ağ Ev müxbirlərinin illik qəbul mərasimi zamanı baş verib. Silahlı insident nəticəsində Məxfi Xidmət əməkdaşlarından biri yaralanıb.

Atəş açan şəxsin 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib. Onun əvvəlcədən həmin hoteldə otaq kirayələdiyi və silahı içəri keçirməyə nail olduğu bildirilib.

ABŞ-ın baş prokuror vəzifəsini icra edən Todd Blanşın sözlərinə görə, o, ömürlük həbs cəzası ala bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az