Türkiyədə qonşular tüfənglə bir-birinə hücum etdilər - Yaralananlar var

09:02 - 01 May 2026

Türkiyədə qonşular tüfənglə bir-birinə hücum etdilər - Yaralananlar var

Türkiyənin Adana şəhərində eyni yaşayış binasında yaşayan iki qonşu ailə arasında yüksək səslə musiqi dinlənilməsi səbəbindən mübahisə baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mübahisə zamanı 3 nəfər silahla yaralanıb, 2 nəfər isə dəyənək zərbələri nəticəsində xəsarət alıb.

Hadisə gecə saatlarında Yüreğir rayonu, Yenidoğan məhəlləsi ərazisində qeydə alınıb. Məlumata görə, eyni binada yaşayan iki qonşu ailə arasında yüksək səslə musiqi dinlənilməsi üstündə mübahisə yaranıb. Binadan küçəyə yayılan qarşıdurmaya tərəflərin yaxınları da qoşulub.

Baş verən qarşıdurma zamanı tərəflər bir-birinə ov tüfəngi, tapança və dəyənəklərlə hücum ediblər. Hadisə nəticəsində Ö.S. və H.T. ov tüfəngi ilə, C.K. isə tapança ilə vurularaq yaralanıb, adı hələlik məlum olmayan daha 2 nəfər isə dəyənək zərbələri ilə xəsarət alıb. Hadisə yerinə daxil olan məlumat əsasında polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan 5 nəfər təcili yardım avtomobilləri ilə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların həyati təhlükəsi yoxdur.

Hadisədə iştirak edən şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görən polis araşdırmanı çoxşaxəli qaydada davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az