Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonu ərazisində sərnişin avtobusu aşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 1-i ağır olmaqla 31 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisəsi saat 03:30 radələrində Külefli qovşağı ərazisində baş verib. Tekirdağ–İzmir istiqamətində hərəkət edən, dövlət qeydiyyat nişanı 35 PK 328 olan sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə nəticəsində Nezirə Akova, Elif Kel və Kemal Can Sert həyatını itirib. Qəzada 1-i ağır olmaqla ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.