Şam şəhərində bombalı hücum oldu

17:19 - 01 May 2026

Şam şəhərində bombalı hücum oldu

Suriyanın paytaxtı Şamın kənd ətrafında yerləşən Seyyidə Zeynəb bölgəsində naməlum şəxsin mülki avtomobilə əl qumbarası atması nəticəsində partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Seyyidə Zeynəb bölgəsində qeydə alınıb. Belə ki, bir nəfər mülki avtomobilə əl qumbarası atıb.

Qumbaranın partlaması nəticəsində bir mülki şəxs yaralanıb.

Hadisədən sonra daxili təhlükəsizlik qüvvələri əraziyə cəlb olunaraq araşdırmalara başlayıb.

Faktla bağlı istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az