ABŞ-nin Texas ştatında təyyarə qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yüksək sürətlə yerə çırpılan təyyarədə olan 5 nəfərin hamısı həlak olub.
Texas ştatının Hays dairəsi rəsmilərindən hakim Ruben Becerra bildirib ki, Austin şəhərindən təxminən 64 kilometr cənub-qərbdə yerləşən Wimberley ərazisində ötən gecə “Cessna 421C” tipli kiçik təyyarə qəzaya uğrayıb.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, yüksək sürətlə yerə çırpılan təyyarədə olan 5 nəfərin hamısı hadisə yerində həyatını itirib.