Tramp İranın Hörmüzün açılması təklifini rədd etdi

17:16 - 02 May 2026

Tramp İranın Hörmüzün açılması təklifini rədd etdi

İran ABŞ-yə Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib.


Manset.az xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, bunu anonim qalmaq şərti ilə danışan iranlı yüksəkvəzifəli şəxs bildirib.

    Məlumata görə, təklifə əsasən, İran Hörmüz boğazında gəmiçiliyi bərpa edəcək, ABŞ isə İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların daha sonrakı mərhələyə saxlanılması təklif olunur.

    Lakin ABŞ Prezidenti Donald Tramp bu təklifi qəbul etməyib. O, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İranın irəli sürdüyü bəzi şərtlərlə razılaşa bilmir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az