Şimali Koreya Cənubi Koreya ilə birləşmə hədəfindən imtina edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın yenilənmiş konstitusiyasında Cənubi Koreya artıq ölkənin sərhəd qonşusu kimi göstərilib və birləşmə hədəfi rəsmi olaraq ləğv edilib.
Yeni konstitusiyada Şimali Koreya lideri Kim Çen Inun nüvə qüvvələrinin komandasına sahib olduğu da vurğulanıb. Ölkə konstitusiyasından “düşmən dövlət” ifadəsini çıxarmaqla diqqət çəkən dəyişiklik edib və bu doktrinanı yalnız öz ərazilərini tanımaq üçün dəyişdirib.
Qeyd edək ki, mart ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “düşmən dövlət” kimi tanıdığını bildirmişdi.