Bu ölkələrə "partnyor vizası" ilə gedə bilərsiniz

17:16 - 06 May 2026

Bu ölkələrə \"partnyor vizası\" ilə gedə bilərsiniz

“Sevgili vizası” ilə rəsmi evlilik olmadan birlikdə yaşamaq mümkün olur.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, evlilik şərti tələb olunmadan tərəfdaşların birlikdə yaşamasına imkan verən “sevgili vizası” tətbiqləri xaricdə yaşayan cütlüklər üçün alternativ yol təqdim edir. Münasibətlərini rəsmi sənədlərlə sübut edə bilən müraciətçilər bəzi ölkələrdə viza və ya yaşayış icazəsi əldə edə bilirlər.


Bu çərçivədə Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç (Sambo vizası), İsveçrə, İtaliya və Norveç kimi ölkələr evlilik şərti olmadan tərəfdaş müraciətlərini nəzərdən keçirən ölkələr sırasındadır.


Həmçinin, bu ölkələrdə xüsusi “sevgili vizası” tətbiqi olmasa belə, məhdudiyyətlərin aradan qaldırılması ilə cütlüklər ailə və ya dost ziyarəti vizası ilə qısa müddətli görüşlər həyata keçirə bilirlər.


Partnyor vizasına müraciət etmək istəyən şəxslərdən əvvəlcə etibarlı pasport tələb olunur.


Bundan əlavə, müraciətçilərdən səyahət xərclərini qarşılaya biləcək maliyyə imkanlarını sənədlərlə sübut etmək təhlükəsiz və təmiz cinayət arxivi təqdim etməkəvvəlki vizalarda pozuntu etməmək tələb olunur.


Həmçinin, xaricdə yaşayan tərəfdaşdan alınacaq dəvət məktubu ilə əlaqənin həqiqiliyi təsdiqlənməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az