ABŞ-də sərnişin təyyarəsi hava limanına enərkən yolda hərəkətdə olan TIR-a çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də uçuş təhlükəsizliyi məsələsi yenidən müzakirəyə çıxıb. New Jersey ştatında yerləşən Newark Liberty Beynəlxalq Hava Limanına enən sərnişin təyyarəsinin eniş dəstəyi havaalanı yaxınlığında yolda hərəkət edən TIR-a çırpılıb. Qəza nəticəsində TIR sürücüsü yüngül xəsarət alıb.
İtaliyanın Venesiya şəhərindən havaya qalxan "United Airlines" şirkətinə məxsus "Boeing 767" tipli təyyarədə qəza zamanı 231 sərnişin və ekipaj üzvünün olduğu bildirilib və onların heç birinin xəsarət almadığı qeyd olunub.