İngiltərədə seçkilər başladı

15:11 - 07 May 2026

İngiltərədə seçkilər başladı

İngiltərədə milyonlarla seçici yerli seçkilərdə səs verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə milyonlarla seçici 2024-cü il parlament seçkilərindən sonra ölkənin ən genişmiqyaslı seçkisi sayılan yerli seçkilərdə səsvermə hüququndan istifadə edib.

Ölkə üzrə təxminən 5 min bələdiyyə şurası üzvü və bəzi bölgələrdə bələdiyyə başçıları üçün keçirilən seçkilərdə səsvermə prosesi yerli vaxtla saat 07:00-də başlayıb. Şotlandiya və Uelsdə isə seçicilər milli parlament üzvlərini seçmək üçün səs verirlər.

İngiltərədə 136 yerli idarəetmə bölgəsində ümumilikdə 5 min 14 bələdiyyə şurası üzvü üçün seçki keçirilir. Bu çərçivədə paytaxt Londonun 32 bələdiyyə şurasının bütün üzvləri üçün səs verilir, ölkə üzrə isə çox sayda rayon, vahid idarəetmə və kontluktur şurasında da seçkilər təşkil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az