Fransadan İsraillə bağlı tələb - "Bu yarışmaya qatılmasın"

17:25 - 07 May 2026

Fransadan İsraillə bağlı tələb - \"Bu yarışmaya qatılmasın\"

Fransız deputatlar İsrailin Eurovision-2026 yarışmasına qatılmasına etiraz ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fransız deputatlar bu il Avstriyada keçiriləcək 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində İsrailin iştirakına etiraz edərək ölkənin yarışmadan çıxarılmasını tələb ediblər.

Deputatlar İsrailin dağıdıcı siyasətini Qəzzadan Livana qədər genişləndirdiyini qeyd edərək mart 2026-cı ildən bəri bu ölkədə yüzlərlə uşağın da daxil olduğu 2 min 500 nəfərin öldüyünü və 1 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildiriblər və bunu tələblərinə səbəb olaraq göstəriblər. 

Deputatlar yarışmanın “sülh, birlik və qardaşlığı” simvolizə etdiyini vurğulayaraq belə bir müsabiqədə İsrailin yerinin olmadığını qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az