Pakistanda sərnişin avtobusu dərəyə aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
Qəza Pakistanın Bəlucistan əyalətinin Jhal Maqsi bölgəsindən keçən M-8 magistral yolunda baş verib. Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xaran şəhərindən Larkana istiqamətində hərəkət edən sərnişin avtobusu Sawandi və Barija bölgələri arasında yüksək sürət səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində nəzarətdən çıxaraq çay yatağına aşıb.
Hadisə nəticəsində bir qadın və bir körpə də daxil olmaqla 4 nəfər həlak olub.