"İsrail-Hizbullah arasında atəşkəs elan olundu" - TRAMP

23:51 - 01 İyun 2026

\"İsrail-Hizbullah arasında atəşkəs elan olundu\" - TRAMP

ABŞ Prezidenti Donald Tramp İsrail ilə Hizbullah arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə məhsuldar danışıqlar apardığını və nəticədə Beyruta hərbi qüvvələrin göndərilməsinin dayandırıldığını bildirib.


Trampın sözlərinə görə, yola çıxmış hərbi bölmələr də geri qaytarılıb. ABŞ lideri əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə Hizbullahla da danışıqlar aparılıb və təşkilat bütün hərbi əməliyyatların dayandırılmasına razılıq verib.


Onun bildirdiyinə görə, əldə olunan razılaşmaya əsasən, İsrail Hizbullaha qarşı hücum həyata keçirməyəcək, Hizbullah da İsrailə qarşı hərbi əməliyyatlara başlamayacaq.


Tramp bu açıqlaması ilə İsrail-Hizbullah arasında atəşkəsin qüvvəyə mindiyini elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az