Güclü partlayış baş verdi - Çox sayda ölən və yaralanan var

23:59 - 01 İyun 2026

Güclü partlayış baş verdi - Çox sayda ölən və yaralanan var

Myanmanın Çin sərhədinə yaxın yerləşən Şan ştatının Namxam bölgəsində güclü partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 55 nəfər həlak olub, 70-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Hadisə dünən səhər saatlarında qeydə alınıb. Partlayışın səbəbi hələlik məlum deyil. Yerli xilasedici qrupların məlumatına görə, dağıntıların miqyası böyük olduğundan çoxsaylı şəxslərin hələ də uçqun altında qaldığı ehtimal edilir.


Təşkilatın yaydığı bəyanatda hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanıldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az