Bu ölkədə 6.1 bal gücündə zəlzələ oldu

12:39 - 02 İyun 2026

Bu ölkədə 6.1 bal gücündə zəlzələ oldu

İtaliyanın cənubundakı Kalabriya bölgəsi sahillərində gecə saatlarında güclü zəlzələ olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 6,1 bal gücündə zəlzələ baş verib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:12-də qeydə alınıb.

Yer səthindən 250 kilometr dərinlikdə baş verən zəlzələ Neapol, Bazilikata, Pulya və Siciliya da daxil olmaqla, ölkənin cənub hissəsinin demək olar ki, bütün ərazisində hiss olunub.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə, həmçinin hər hansı dağıntı ilə bağlı məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az