"Qalatasaray"ı təhqir etdi - Haqqında cinayət işi açıldı

13:54 - 02 İyun 2026

\"Qalatasaray\"ı təhqir etdi - Haqqında cinayət işi açıldı

Türkiyəli tanınmış idman şərhçisi və sabiq hakim Erman Toroğlu barəsində televiziya proqramında "Qalatasaray"la bağlı səsləndirdiyi fikirlərə görə cinayət işi açılıb.



Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Erman Toroğlu "ictimaiyyəti açıq şəkildə yanlış məlumatlandırma" ittihamı ilə təqsirləndirilir. İttiham təsdiqlənəcəyi təqdirdə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.


İttiham aktında bildirilir ki, Erman Toroğlu fevralın 8-də qatıldığı televiziya verilişində Dursun Özbek ilə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu arasında görüş keçirildiyini və həmin görüşdə müəyyən məsələlərin müzakirə olunduğunu iddia edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az