Dünya Kuboku öncəsi Meksikada gərginlik

15:22 - 02 İyun 2026

Dünya Kuboku öncəsi Meksikada gərginlik

Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Meksikada minlərlə müəllim əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə ölkə üzrə müddətsiz tətil elan edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, etiraz aksiyaları keçirən müəllimlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən bibər qazından istifadə olunub.


Milli Tədris İşçiləri Koordinasiyası (CNTE) nəzdində fəaliyyət göstərən minlərlə müəllim ölkə üzrə elan olunmuş müddətsiz tətilə dəstək vermək üçün paytaxt Mexikodə yerləşən Zócalo Meydanına yürüş edib.


Təhlükəsizlik qüvvələri nümayişçilərin Milli Sarayın yerləşdiyi meydana daxil olmasının qarşısını almaq məqsədilə şəhərin Tarixi Mərkəzi ətrafında beton bloklar və metal maneələrdən ibarət təhlükəsizlik tədbirləri həyata keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az