Almaniyada 2024-2025-ci illər dövründə yoxsulluq səviyyəsi 0,6 faiz bəndi artaraq 16,1%-ə çatıb və ölkədə 13,3 milyon insanın yoxsul olduğu müəyyən edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, müstəqil sosial yardım təşkilatı Bərabər Rifah Birliyi (Der Paritätische Gesamtverband) "Artan Yoxsulluq, Daralan Təhlükəsizlik" başlıqlı yoxsulluq hesabatını yayımlayıb.
Hesabatda sosial parçalanmanın getdikcə dərinləşdiyi vurğulanır. 2024-2025-ci illər dövründə yoxsulluq səviyyəsinin 0,6 faiz bəndi artaraq 16,1%-ə yüksəldiyi və 13,3 milyon insanın yoxsulluq şəraitində yaşadığı qeyd olunub.
Hesabatda Almaniya Federal Statistika İdarəsinin (Destatis) fevral ayında açıqladığı məlumatlar əsas götürülüb. AB standartlarına görə "yoxsulluq riski altında" hesab olunanların sayı ölkə tarixində misli görünməmiş səviyyəyə çatıb.