Pakistanda toz fırtınası - Ölən və xəsarət alanlar var 

17:17 - 02 İyun 2026

Pakistanda toz fırtınası - Ölən və xəsarət alanlar var 

Pakistanın Sind əyalətində güclü toz fırtınası baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, toz fırtınası nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 60 nəfər yaralanıb.


Fırtına Gorakh Tepesi bölgəsində ciddi dağıntılara səbəb olub. Barakaların dam örtükləri uçub, bölgədə quraşdırılmış günəş panellərinə ciddi ziyan dəyib. 


Pəncab əyalətinin Rajanpur bölgəsində isə güclü külək və toz fırtınası zamanı ağaclar kökündən çıxıb, reklam lövhələri uçub, elektrik xətləri devrilib. Elektrik şəbəkəsinin çökməsi nəticəsində bir çox ərazilər işıqsız qalıb. Yüksək gərginlikli xətlərin yola düşməsi səbəbindən M-5 avtomobil yolu bağlanıb.


Fırtınadan ziyan görən ərazilərdə yardım və xilasedici işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az