Qananın Volta vilayətində sərnişin daşıyan avtobus yük maşını ilə toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 15 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Açıqlamada həmçinin Peki Yanğın Stansiyasından yanğınsöndürənlərin hadisə yerinə göndərildiyi və xilasetmə əməliyyatlarının aparıldığı vurğulanıb.