Arvadını odunla döyərək öldürdü - FOTO

21:42 - 02 İyun 2026

Arvadını odunla döyərək öldürdü - FOTO

Türkiyənin Gümüşhane vilayətində ailə münaqişəsi faciə ilə nəticələnib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 27 yaşlı Halis Pekinlə 26 yaşlı həyat yoldaşı Arzu Pekin arasında yaranan mübahisə zamanı kişi qadının başına odunla zərbələr endirib. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib.

Hadisədən sonra Halis Pekin yük avtomobili ilə ərazidən uzaqlaşıb. 

Polis əməkdaşları onun avtomobilini Gümüşhane Trabzon magistralında tərk edilmiş vəziyyətdə aşkar ediblər.

Hazırda şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az