Təyyarədə "powerbank" tüstüləndi - Sərnişinlər təxliyə edildi

14:13 - 05 İyun 2026

Təyyarədə \"powerbank\" tüstüləndi - Sərnişinlər təxliyə edildi

Türkiyədə Ankara-İzmir reysini həyata keçirməyə hazırlaşan Pegasus Hava Yollarına aid təyyarədə uçuşdan əvvəl sərnişinlərdən birinə məxsus olduğu müəyyən edilən daşınan enerji yığma cihazı (powerbank) duman çıxarmağa başlayıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarə taksi yolunda dayandırılıb və yolcular təyyarədən təxliyə edilib.


Pegasus Hava Yollarının Ankara-İzmir reysi öncəsi kabində dumanın aşkarlanması ilə təcili vəziyyət prosedurları işə salınıb. Sərnişinlər şişirilə bilən təxliyyə slaydlarından istifadə edilərək təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.


Məlumata görə, sərnişin qəbulunun tamamlanmasından sonra kabində duman müşahidə olunub. Kabin heyəti dərhal təcili vəziyyət prosedurlarını tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az