Səhrada susuz qalan 50 nəfər öldü - DƏHŞƏT

16:10 - 05 İyun 2026

Səhrada susuz qalan 50 nəfər öldü - DƏHŞƏT

Malidən yola çıxan bir qrup sərnişini daşıyan yük avtomobilinin nasazlıq səbəbindən dayanması nəticəsində Sahara səhrasında köməksiz vəziyyətdə qalan 50 nəfər susuzluqdan həyatını itirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Mali istiqamətindən qayıdan şəxsləri daşıyan yük avtomobili Sahara səhrasının Nigerin şimalında yerləşən hissəsində xarab olub. Nəticədə sərnişinlər Niger ilə Əlcəzair arasında mühüm sərhəd-keçid məntəqələrindən biri olan Assamaka yaşayış məntəqəsindən təxminən 80 kilometr qərbdə günlərlə səhrada qalıblar.


Səlahiyyətli qurumların açıqlamasına əsasən, sərnişinlərdən yalnız iki nəfər səhranı piyada keçərək Assamakaya çata bilib və hadisə barədə məlumat verib. Bundan sonra aparılan araşdırmalar zamanı məlum olub ki, baş verən hadisə nəticəsində 50 nəfər susuzluqdan dünyasını dəyişib.


Bildirilib ki, səhrada köməksiz vəziyyətdə qalan şəxslər günlərlə nasaz yük avtomobilini təmir etməyə çalışsalar da, buna nail ola bilməyiblər.


Nigerin Agadez Vilayət Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, hadisənin baş verdiyi ərazi son dərəcə yüksək hava temperaturu və təchizat məntəqələrinin azlığı səbəbindən insanların sağ qalmasının olduqca çətin olduğu bölgələrdən biridir.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az