Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq etdi

21:53 - 05 İyun 2026

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq etdi

ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır.


Manset.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rezai CNN-ə verdiyi müsahibədə bildirib.

"Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.

Eyni zamanda, Rezai qeyd edib ki, müharibə ehtimalı aşağı olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az