Hörmüz üzərində 4 İran PUA-sı vuruldu 

09:42 - 06 İyun 2026

Hörmüz üzərində 4 İran PUA-sı vuruldu 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.


Manset.az xəbər verir ki, pilotsuz aparatların regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaratdığı qiymətləndirilib və onlar ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bundan sonra ABŞ ordusu İranın cənub sahillərində yerləşən müşahidə radar sistemlərinə zərbələr endirib. Hədəflər arasında Qoruk bölgəsi və Qəşm adasındakı radar qurğularının olduğu bildirilib.

ABŞ tərəfi əməliyyatın mümkün yeni hücumların qarşısını almaq məqsədilə müdafiə xarakteri daşıdığını bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az