Britaniyalı məşhur aktyor Anthony Head 72 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə BBC aktyorun ailəsinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, aktyor pnevmoniya ağırlaşmaları səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Anthony Head "Baffi - vampirləri məhv edən", "Ted Lasso", "Merlin", "Sizin Britaşa" və s. seriallardakı rolları ilə tanınırdı. O, həmçinin "Dəmir ledi" və "Şüurun dəlilləri" filmlərində də çəkilib.