Tramp İrana danışıqlara qayıtmağı tövsiyə etdi

00:14 - 08 İyun 2026

Tramp İrana danışıqlara qayıtmağı tövsiyə etdi

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı və danışıqlar masasına qayıdaraq razılaşma əldə etməyi tövsiyə edib.


Manset.az xəbər verir ki, bu barədə Tramp Fox News telekanalına açıqlamasında bildirib.

    “İrana məsləhətim belə olardı ki, raketlərinizi atdınız və bununla kifayətlənin. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, – deyə ABŞ prezidenti vurğulayıb.

    Trampın sözlərinə görə, mövcud vəziyyətdə ən doğru addım gərginliyi artırmaq deyil, diplomatik həll yollarına üstünlük verməkdir.

    ABŞ lideri əlavə edib ki, Amerika ordusu hazırda yüksək hazırlıq vəziyyətinə gətirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az