İran hava məkanını bağladı

00:27 - 08 İyun 2026

İran hava məkanını bağladı

İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə ölkənin qərb hissəsində hava məkanının növbəti bildirişədək bağlanması barədə qərar qəbul edib.


Manset.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra ölkənin hava məkanının qərb sektoru qeyri-müəyyən müddətə bağlanıb.

Əxvan vətəndaşları zəruri olmadıqca hava limanlarına getməməyə və reyslərlə bağlı məlumatları kütləvi informasiya vasitələrindən izləməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az