Filippinin cənubunda, Mindanao bölgəsində 7,8 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) açıqlamasına görə, zəlzələ Sarangani vilayətinin Soccsksargen bölgəsində, Kablalan qəsəbəsinin 26 kilometr cənbatanında qeydə alınıb.
USGS bildirir ki, zəlzələ 55,2 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra 4,6-dan 6,5 baladək olan 10 təkrarlanan şok qeydə alınıb və bölgədə, eləcə də ətraf ölkələrdə tsunamı təhlükəsi ilə bağlı xəbərdarlıqlar verilib.