İstanbulda bir qrup tərəfindən qaçırılan iş adamı təhlükəli anlar yaşayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, gələn məlumat əsasında polis əməkdaşları əməliyyat başladıb. Bağcılar rayonunda iddialara görə, borclarını tələb etmək istəyən şübhəlilər S.K. adlı iş adamını qaçıraraq ailəsindən 3 milyon lirə fidyə tələb ediblər.
Aparılan araşdırmalar nəticəsində qaçırılan şəxsin iş adamı S.K. olduğu və hadisənin onun qohumu İ.K. üzərindən borc iddiası olan şəxslər tərəfindən həyata keçirildiyi müəyyən olunub.