"Görüşə ehtiyac yoxdur" - Putindən Zelenskiyə MESAJ 

15:55 - 08 İyun 2026

\"Görüşə ehtiyac yoxdur\" - Putindən Zelenskiyə MESAJ 

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən əsas iclasda Ukraynadakı müharibə, sülh danışıqları və ABŞ siyasəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin ona ünvanladığı açıq məktuba münasibət bildirərək sənəddə yer alan ifadələrin diplomatik təmaslara müsbət təsir göstərmədiyini söyləyib.

“Bu, üzbəüz görüşlər və danışıqlar üçün şərait yaratmaq üsuludur, yoxsa ümumiyyətlə heç bir görüşün keçirilməyəcəyi mühit formalaşdırmaq cəhdidir?” – deyə Rusiya lideri qeyd edib.

Zelenski ilə mümkün görüş barədə suala cavab verən Putin hazırkı şəraitdə belə bir təmasın məqsədəuyğun olmadığını bildirib. O, “Hələlik bunun hər hansı mənasını görmürəm” ifadəsini işlədib.

Rusiya Prezidenti həmçinin iddia edib ki, rusiyalı iş adamlarından biri vasitəsilə Zelenski onunla görüşmək istədiyini çatdırıb.

Müharibənin gedişatına da toxunan Putin Moskvanın Donbas bölgəsi ilə bağlı məqsədlərindən imtina etməyəcəyini vurğulayıb. O bildirib ki, Rusiya Donbasın bütün ərazisinə nəzarəti təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az