Təcili eniş edən təyyarə alovlandı

17:16 - 08 İyun 2026

Təcili eniş edən təyyarə alovlandı

Dominik Respublikasında xüsusi təyyarə havaya qalxdıqdan qısa müddət sonra yaranan texniki nasazlıq səbəbindən qəza enişi etməyə çalışarkən alovlanıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həyatını itirib.


Məlumata görə, hadisə La Romana Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin mühərrikində nasazlığın yaranması ilə başlayıb. Pilotun dərhal hava limanına qayıdaraq təcili eniş etməyə cəhd göstərdiyi, lakin buna nail ola bilmədiyi bildirilib.


Təyyarənin idarəetməni itirmiş vəziyyətdə uçuş-eniş zolağına endiyi, bir qədər irəlilədikdən sonra isə alovlanaraq yanmağa başladığı qeyd olunub.


Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları qısa müddətdə əraziyə çataraq alovun qarşısını almaq üçün müdaxilə ediblər və söndürmə işləri həyata keçiriblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az