Türkiyənin Bursa şəhərində xırdavat mağazasına parik taxaraq mini ətək geyinmiş kişinin heyrət doğuran hərəkətləri təhlükəsizlik kameralarına əks olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən Osmangazi rayonunun Haşim İşcan küçəsində fəaliyyət göstərən bir xırdavat dükanında baş verib.
Məlumata görə, dükanın önündəki xalını oğurlayan şəxs hadisədən sonra taxdığı pariki və geyimlərini çıxarıb.
Həmin anlar dükanın təhlükəsizlik kameralarına əks olunub və şübhəli şəxsin tutulması üçün polis tərəfindən araşdırma aparılır.
