Bu ölkədə qorxulu zəlzələ baş verdi

09:06 - 09 İyun 2026

Bu ölkədə qorxulu zəlzələ baş verdi

Karib hövzəsi ölkəsi Kubada 6,1 bal gücündə zəlzələ baş verib. 



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi ilkin məlumata görə, təbii fəlakət nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.


ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, zəlzələnin episentri Kubanın Mantua şəhərindən təxminən 104 kilometr şimal-qərbdə, dəniz akvatoriyasında yerləşib.


10 kilometr dərinlikdə baş verən zəlzələ Mantua şəhəri ilə yanaşı, ölkənin qərb sahillərində yerləşən digər yaşayış məntəqələrində də hiss olunub. Yeraltı təkanların Meksikanın bəzi ərazilərində də müşahidə edildiyi bildirilib.


Zəlzələdən sonra insan tələfatı və ya dağıntılar barədə hər hansı rəsmi məlumat verilməyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az