Xəbər verdiyimiz kimi, Mindanao adası bölgəsində ötən gün güclü zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 7.8 bal maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.
Məlumata görə, təbii fəlakət zamanı daha 134 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səlahiyyətli qurumlar axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər. Rəsmilər dağıntılar altında insanların qala biləcəyini nəzərə alaraq ölənlərin sayının artacağını istisna etməyiblər.