logo
logo logo
logo

Məktəbdə silahlı hücum - 14 yaşlı qız saxlanıldı

16:33 - 09 İyun 2026

Məktəbdə silahlı hücum - 14 yaşlı qız saxlanıldı

İngiltərənin Mançester şəhərinin Blackley rayonundakı Co-op Academy məktəbində bıçaqlı hücum baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı iki şagird və bir məktəb işçisi yaralanıb, məktəbdə qorxu dolu anlar yaşanıb. Hücumdan sonra məktəbdə təcili vəziyyət elan edilərək bütün giriş-çıxışlar bağlanıb.


Greater Manchester Polisi (GMP) bildirib ki, yaralananlar 14 yaşlı qız şagird, 14 yaşlı oğlan şagird və 27 yaşlı məktəb işçisidir. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin sabit olduğu, həyati təhlükələrinin olmadığı açıqlanıb.


Polis 14 yaşlı şübhəli qızın "qəsdən ağır bədən xəsarəti vermək" ittihamı ilə saxlanıldığını və polis bölməsində istintaqın davam etdiyini bildirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az