Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhlükəsizliyin xalq üçün birinci sırada dayandığını və dövlətin güclü olmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Ankara Prezident Kompleksində keçirilən Milli Təhlükəsizlik Konfranslarının açılış mərasimində çıxış edib.
Ərdoğan çıxışında deyib ki, “təhlükəsizliyin zəiflədiyi anda bu torpaqlarda yaşamaq haqqı verilməz”. O, Türkiyənin güclü olmaqdan başqa alternativinin olmadığını bildirib.
Prezident həmçinin min ildir Türkiyənin müstəqilliyi uğrunda şəhid olanları rəhmətlə yad edib, qazilərə isə minnətdarlığını ifadə edib.