İsrail qüvvələri İranın xəbərdarlığına baxmayaraq, Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə səhər saatlarında top və hava zərbələri endirməyə davam edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail ordusu Nebatiye şəhərinə bağlı Kalavay kəndini top atəşinə tutub.
Cənub vilayətinin Cizzin bölgəsinə bağlı El-Katrani ərazisi də topçu zərbələrinə məruz qalıb.
Livanın cənubundakı Sur şəhərində isə İsrail hərbi təyyarələri Abbasiye kəndinə bağlı El-Hamadiye məhəlləsini bombalayıb. Eyni zamanda, Sur şəhərinə bağlı Deyr Kanun Ras el-Ayn və Ramadiye kəndlərinə hava zərbələri endirilib.