Türkiyənin Çəkməköy rayonunda hərəkətdə olan kiçik yük avtomobili qarşıda gedən yük maşınına arxadan çırpılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində 1-i körpə olmaqla 3 nəfər həyatını itirib.
Hadisə səhər saat 06:00 radələrində Rəşadiyə ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Fiat Doblo” markalı yüngül yük avtomobili eyni istiqamətdə irəliləyən yük maşınına arxadan çırpılıb. Toqquşmanın təsirindən avtomobil demək olar ki, yararsız hala düşüb.
Məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı jandarma, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.