ABŞ Prezidenti Donald Tramp inflyasiya səviyyəsinin son üç ilin ən yüksək həddinə yüksəldiyi bir dövrdə inflyasiyanı sevdiyini bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp jurnalistlərin may ayında inflyasiyanın artaraq 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatdığını göstərən iqtisadi göstəricilərlə bağlı sualını cavablandırıb.
Rəsmi statistik göstəriciləri müsbət qiymətləndirdiyini bildirən Tramp deyib:
“Rəqəmlər əla idi. Bilirsinizmi, ən çox nəyi sevirəm? İnflyasiyanı sevirəm. Çünki bu müharibə başa çatan kimi inflyasiya aşağı düşəcək”.
Trampın bu açıqlaması Demoratik Partiya tərəfindən tənqidlə qarşılanıb.
Senatdakı liderlərdən biri Chuck Schumer və senator Elizabeth Warren Trampı ölkədə yaşayış xərclərinin artmasına və vətəndaşların üzləşdiyi iqtisadi çətinliklərə qarşı laqeyd münasibət göstərməkdə ittiham ediblər.