Türkiyənin Osmaniye vilayətinin Toprakkale rayonunda iki şəxs həbsxana qarşısında gözləyərkən silahlı hücuma məruz qalıb və yaralanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tüysüz bələdiyyəsində yerləşən Osmaniye 1 No'lu T Tipi Qapalı Həbsxana qarşısına gələn üç şübhəli aralarında düşmənçilik olduğu iddia edilən şəxslərə tapança və tüfənglərlə atəş açıb.
Hadisə barədə məlumat daxil olandan sonra əraziyə 112 Təcili Tibbi Yardım, jandarma və polis qrupları göndərilib. Hücum zamanı yaralanan iki şəxs təcili tibbi yardım tərəfindən Osmaniye Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.