logo
logo logo
logo

"İsraillə üst-üstə düşməyən çıxarlarımız var" - ABŞ vitse-prezidenti

17:26 - 11 İyun 2026

\"İsraillə üst-üstə düşməyən çıxarlarımız var\" - ABŞ vitse-prezidenti

ABŞ-nin vitse-prezidenti JD Vance İsrailin Baş naziri Benjamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın bütün məsələlərdə eyni mövqedən çıxış etmədiyini söyləyib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin Netanyahunun ABŞ ilə münasibətlərə dair bəzi məsələlərdə yanıldığını qeyd edib.


ABŞ və İsrailin yaxın müttəfiq və tərəfdaş ölkələr olduğunu vurğulayan Vens deyib:


“Lakin elə vaxtlar olur ki, maraqlarımız üst-üstə düşür, elə vaxtlar da olur ki, düşmür”.


Netanyahunu “ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən lider” kimi xarakterizə edən ABŞ rəsmisi, Donald Trampın da ABŞ-nin milli maraqları məsələsində mövqeyinin kifayət qədər aydın olduğunu vurğulayıb.


Vens əlavə edib ki, Vaşinqton və Təl-Əviv arasında strateji tərəfdaşlıq davam etsə də, bəzi məsələlər üzrə fikir ayrılıqları mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az